Vikipediya Bilirsinizmi Namizedleri - Wikipedia
Vikipediya Bilirsinizmi Namizedleri - Wikipedia - Haqqında Məlumat

Ana səhifənin "Bilirsinizmi" bölməsi vikipediya məqalələrində yer alan maraqlı faktları oxucularla tanış etmək, beləcə, həmin məqalərə diqqət çəkmək məqsədi daşıyır. Hər həftə üçün nəzərdə tutulmuş "Bilirsinizmi" paketində 5 fakt olmalıdır. Bu səhifə "Bilirsinizmi" bölməsi üçün fakt namizədliklərini koordinasiya etmək və bölməyə marağı artırmaq üçün nəzərdə tutulmuşdur. Əgər layihə ilə bağlı hansısa təklifləriniz varsa, zəhmət olmasa, bunu açıq şəkildə müzakirə səhifəsində qeyd edin. Arxivlərə buradan baxa bilərsiniz.
Kriteriyalar
redaktə- Faktın yer aldığı məqalə vikiləşdirilmiş olmalı, məlumatları istinadlı olmalı və ən az 2000 bayt ölçüsündə (istinadları, cədvəlləri, siyahıları, şablon başlıqlarını çıxmaqla) olmalıdır.
- Fakt əlaqəli məqalələrin içərisində etibarlı bir mənbə ilə göstərilməlidir, yəni mütləq istinadlı olmalıdır.
- Fakt oxucuda maraq oyadan, diqqəti cəlb edən, maraqlı bir məlumat ehtiva etməlidir. Standart məlumatlar (Bakı Azərbaycanın ən böyük şəhəri və paytaxtıdır, "Koroğlu" operasının müəllifi Üzeyir Hacıbəyovdur) bilirsinizmi bölməsində verilməməlidir. Şablon faktlardan çəkinilməlidir.
- Fakt dəqiq və tez bir zamanda dəyişməyən bir məlumat ehtiva etməlidir.
Formatlaşdırma
redaktə- Fakt sadəcə bir cümlə şəklində verilməli, aydın və cəlbedici formada yazılmalıdır.
- Fakt cümləsində yer aldığı məqalənin adı qalın şriftlə verilməli və həmin məqaləyə keçid verilməlidir.
- Əsas məqaləyə (bəzi hallarda birdən artıq məqalə ola bilər) olan keçidlərdə şəkilçilər də qalın verilməlidir, digər keçidlər də bu formada, bitişik olmalı, şəkilçilər boş qalmamalıdır.
- Cümlənin uzunluğu 200 simvoldan (boşluqlar daxil) çox olmamalıdır (keçidlər daxil deyil).
- Fakt cümləsi tərəfsiz yazılmalıdır.
- Fakt cümləsi parafraz edilə bilər, oxucunun diqqətini cəlb edəcək formada yazıla bilər.
- Hər sözə keçid verməyin, keçidlərin doğruluğundan və vacib mövzulara keçidlər verildiyindən əmin olun.
- Məqalə personaj və ya uydurma haqqındadırsa, cümlə real dünyaya uyğun şəkildə verilməlidir.
- Faktların yer aldığı əsas məqalənin/məqalələrin müzakirə səhifəsində bu barədə qeyd yerləşdirilir.
Fayllar
redaktəBilirsinizmi bölməsindəki şəkil:
- Azad lisenziyalı olmalıdır.
- Məqalədə olmalı və fakt cümləsinə uyğun olmalıdır.
- Ölçüsü 130px-dən çox olmamalıdır.
- Fotonun aid olduğu fakt cümləsinin içərisində "(şəkildə)" yazısı qoyulmalı, alt yazısı ilə göstərilməlidir. Həmin fakt bölmədə ilk fakt kimi verilməlidir.
- Faktdan asılı olaraq səs və videofayllardan da istifadə oluna bilər.
İstifadəçi qutuları
redaktəKod | Nəticə | |
---|---|---|
{{Şablon:İstifadəçi Bilirsinizmi sayı|5}} |
Bu istifadəçi 5 Bilirsinizmi faktı təqdim edib. |
İstifadəsi |
{{Şablon:İstifadəçi Bilirsinizmi|9}} |
Bu istifadəçi tərəfindən yazılmış və ya genişləndirilmiş 9 məqalə Bilirsinizmi bölməsində yer almışdır. |
İstifadəsi |
Təqdimat
redaktə- Qeydiyyatdan keçmiş hər bir istifadəçi yuxarıdakı kriteriyalara əsasında faktlar təqdim edə bilər.
- Müəyyən bir ölkə və ya mövzuya fokuslanmaqdan çəkinin. Hər həftənin Bilirsinizmi bölməsindəki 5 faktdan ən çoxu sadəcə bir mövzuda 2-si eyni ölkə və ya mövzuya aid ola bilər.
- Fakt təqdim edərkən tərəfsiz olun, yaşayan şəxslər haqqında məqalələrə həssaslıqla yanaşın.
- Artıq Ana səhifədə görünmüş təkrar faktları əlavə etməyin.
Fikir bildirmə
redaktə
Namizədliklər
redaktə- Namizədlik ver
- Cari namizədliklər (arxiv üçün bura baxın)
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Rusiya qoşunları bir müddət Ukrayna Xalq Respublikasının tərəfində vuruşub.
- Fakt və ya məqalə müəllifi: ChanisCaucasi
- Namizədlik verən: --► Hörmətlə: ChanisCaucasi 14:11, 24 yanvar 2025 (UTC)
- O qədər də maraqlı deyil. Hörmətlə, Qədir (müzakirə) 20:22, 30 yanvar 2025 (UTC)
- İmtina edildi.--Turkmen müzakirə 06:47, 10 mart 2025 (UTC)
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- 1909–1931-ci illər arasında təxminən 72 min avtoxrom fotoşəkillərin qorunub saxlandığı Planet arxivlərində Paris sülh konfransında iştirak etmiş Azərbaycan nümayəndələri və ailə üzvlərinin rəngli fotoşəkilləri də var.
- Fakt və ya məqalə müəllifi: Yousiphh
- Namizədlik verən: Yousiphh (müzakirə) 23:01, 2 fevral 2025 (UTC)
- @Yousiphh, məqaləyə həmin faktı siz əlavə etmisiniz? Ümumiyyətlə, preambuladakı cümləni təqdim etmisiniz bura. Faktlarla bağlı mənbə olmalıdır və mən bu faktda xüsusi və fərqləndirici nəsə görə bilmirəm, lütfən, kriteriyalara nəzər yetirin. Hörmətlə, Qədir (müzakirə) 23:09, 2 fevral 2025 (UTC)
- İmtina edildi.--Turkmen müzakirə 06:47, 10 mart 2025 (UTC)
- Ermənistandan Azərbaycana 1953-cü ildə kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən yaradılan yeganə kənd.
- Fakt və ya məqalə müəllifi: Araz Yaquboglu
- Namizədlik verən: Araz Yaquboglu (müzakirə) 04:55, 3 fevral 2025 (UTC)
- Animelərdə səsləndirdiyi rus personajlara görə tanınan Sumire Uesakanın rəsmi fanat klubu "Kolxoz soğan tarlası" adlanır.
- Fakt və ya məqalə müəllifi: White Demon
- Namizədlik verən: Unkillable Demon King 16:51, 5 fevral 2025 (UTC)
- --Turkmen müzakirə 06:46, 10 mart 2025 (UTC)
- Yaponiya qorxu yazıçısı Uketsunun (şəkildə) əsl kimliyini sadəcə 30 nəfər bilir.
- Fakt və ya məqalə müəllifi: White Demon
- Namizədlik verən: Unkillable Demon King 13:41, 14 fevral 2025 (UTC)